Sizin reklam burada
Sizin reklam burada

Taekvondo üzrə yığmamız Avropa birinciliyinə hazırlığı davam etdirir

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan milli komandası noyabrın 25-28-də Maltada keçiriləcək Avropa birinciliyinə hazırlığı davam etdirir.
Baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında oktyabr ayından başlayan təlim-məşq toplanışında sonuncu mərhələyə start verilib.
Baş məşqçinin sözlərinə görə, hər şey plana uyğun davam edir. R.Məmmədov bildirib ki, əsas hədəf həmişə olduğu kimi, maksimum nəticə qazanmaqdır: “Hazırlıq yüksək səviyyədə gedir. Avropa birinciliyində uğur qazanmağımız üçün hər bir şərait yaradılıb. Sevindirici məqam odur ki, uşaqlar da yarışda inamlı çıxış üçün yorulmadan məşq edirlər və güvənəcəyimiz idmançılar arasında zədədən əziyyət çəkən yoxdur”.
Qeyd edib ki, yarışa yollanacaq taekvondoçular müəyyən təcrübəyə malikdirlər: “Onların da arasında dünya çempionu və mükafatçıları var. Lakin hər şey Maltada dayanq üzərində bilinəcək. Komandamızın üzvlərinə güvənirik. İnanıram ki, Vətənə medallarla qayıdacağıq”.
R.Məmmədov Avropa birinciliyində geniş heyətlə təmsil olunacaqlarını da deyib. Onun sözlərinə görə, Maltada ölkəmizin idman şərəfini 17 taekvondoçunun qoruyacağı planlaşdırılır.
Qeyd edək ki, yarışa yollanacaq heyət sonuncu məşqlərdən sonra dəqiqləşəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ