Sizin reklam burada
Sizin reklam burada
  • Modriç Xorvatiya millisindəki karyerasını başa vuracağını açıqlayıb

    Furbol üzrə Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Qətərdə keçiriləcək dünya çempionatında sonra millidəki karyerasını başa vuracaq.
    Bu barədə çərşənbə axşamı L.Modriç "ESPN" agentliyinə bildirib.
    "Başa düşürəm ki, artıq müəyyən yaşa çatmışam. Bu, Xorvatiya millisi ilə sonuncu turnirim olacaq", - deyə yarımmüdafiəçi bildirib.
    Qeyd edək ki, L.Modriç Xorvatiya millisinə ilk dəfə 2006-cı ildə çağırılıb. Bu müddət ərzində millinin heyətində 150-dən çox matç keçirib. 9 dəfə yarımmüdafiəçi ölkəsinin ən yaxşı oyunçusu seçilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ