Sizin reklam burada
Sizin reklam burada
  • "Kayrat" klubunun sədri saxlanılıb

    "Kayrat" klubunun sədri saxlanılıb Qazaxıstanın "Kayrat" futbol klubunun sədri Kayrat Boranbayev saxlanılıb.
    "KazTAG" nəşrinə istinadən xəbər veririk ki, Maliyyə Monitorinqi Agentliyi 56 yaşlı funksioneri Almatıda tutub.
    Boranbayev müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. Yaxın günlərdə onun iştirakı ilə istintaq tədbirlərinin keçiriləcəyi bildirilib.
    O, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın keçmiş qudasıdır.
    Qeyd edək ki, Kayrat Boranbayev "Kayrat" klubunun sahibidir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ