Sizin reklam burada
Sizin reklam burada
  • İki futbolçumuz İspaniyaya baxışa yollanıb

    İki futbolçumuz İspaniyaya baxışa yollanıb “Qəbələ” klubunun üzvləri Gülağa Əsədov və Mehrac Baxşəliyev AFFA-nın dəstəyi ilə İspaniyanın “Malaga” Futbol Klubunun Akademiyasında bu gündən etibarən avqustun 31-ə qədər baxışda olacaqlar.
    AFFA İcraiyyə Komitəsinin 3 iyun 2019-cu il tarixli iclasında xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərcinin AFFA tərəfindən ödənilməsi barədə qərar qəbul olunub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ