25 yaşlı argentinalı hücumçunun kapitan sarğısı qapıçı Samir Handanoviçə verilib. Klub rəhbərliyi hələlik bu dəyişikliyə görə mediaya heç bir məlumat verməyib. Lakin bəzi xarici KİV-lərin məlumatına görə, buna səbəb Milan təmsilçisinin argentinalı hücumçu ilə yeni müqavilə barədə razılığa gələ bilməməsi səbəbindən bu addımı atdığı ehtimal olunur.
Qeyd edək ki, İkardi 2013-cü ildən "İnter"də çıxış edir. O, cari mövsümdə iştirak etdiyi 26 oyunda 15 dəfə fərqlənib. İkardi Argentina millisində isə keçirdiyi 8 oyunda 1 qol vurub.
