![]()
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Əfəndiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan 10 otaqlı mansard tipli birmərtəbəli fərdi yaşayış evinin mansardında bir otağın yanar konstruksiyaları 20 kvadratmetr və 1-ci mərtəbədə bir otağın tavanı 16 kvadratmetr sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə edilib, xəsarət alan olmayıb.
