Sizin reklam burada
Sizin reklam burada
  • Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olunub

    Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli, Cəlilabadın Alar, Sabirabadın Nərimankənd və Saatlının Qaracalar kəndlərinin ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H. Məmmədov, F. Fərəcov, M. Əzizov, S. Şahəliyev və R. Mecdinov tərəfindən törədildiyi məlum olub.

    Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

    Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ