Sizin reklam burada
Sizin reklam burada
  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmayan və çoxavazlı səs siqnalı ilə təchiz edilmiş “Tofaş” markalı, 77-MQ-054 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Əliyev saxlanılıb.

    İdarədən bildiriblər ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı T.Əliyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

    Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Əliyev 30 sutka inzibati qaydada həbs edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ