Sizin reklam burada
Sizin reklam burada
  • NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə baş verən yanğın söndürülüb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ