Sizin reklam burada
Sizin reklam burada
  • Sabirabadda yol qəzası baş verib, ölən və yaralananlar var

    Sabirabad rayonunda minik avtomobilləri toqquşub.

    Hadisə rayonun Qarağac kənd yolunda qeydə alınıb.

    Qəza zamanı Sabirabadın Bala Həşimxanlı kənd sakini, 1975-ci il təvəllüdlü Bəyanət Kamil oğlu İbadovun idarə etdiyi “VAZ-2107” və İmişli rayonunun Gövhərli kənd sakini, 1998-ci il təvəllüdlü Rəvanə Zaman qızı Nəsirlinin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

    Hadisə nəticəsində “VAZ-2107”nin sürücüsü ölüb, sərnişini, Sabirabadın Bala Həşimxanlı kənd sakini, 1987-ci il təvəllüdlü Arif Vüqar oğlu Paşayev, həmçinin “Nissan”nın sürücüsü və avtomobildə olan sərnişinlər - İmişlinin Gövhərli kənd sakini, sürücünün övladı, 2016-cı il təvəllüdlü R.M.Nəsirli və İmişlinin Bəhrəmtəpə qəsəbə sakini, 1991-ci il təvəllüdlü Ülviyyə Zakir qızı Azadova xəsarət alıblar.Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ