Sizin reklam burada
Sizin reklam burada
  • Əfqan Sadıqov həbs edildi

    Binəqədi Rayon Məhkəməsi Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçib.

    Bu barədə onun vəkili Nemət Kərimli məlumat yayıb.

    Vəkil bildirib ki, iki il əvvəl Əfqan Sadıqov barəsində Baş Prokurorluqda qaldırılmış cinayət işi yenidən icraata qaytarılıb.

    Xatırladaq ki, Baş Prokurorluq 2024-cü ilin mayında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə Əfqan Sadıqova qarşı cinayət işi açıb.

    İttihama görə, Əfqan Sadıqovun Neftçala rayonu Kürkənd kənd icra nümayəndəsinin müavini Səttar Əliyev və rayonunun Xəzərkənd kəndinin bələdiyyə başçısı Fətulla Muradovdan şantaj yolu ilə pul tələb edib. Sonradan bu cinayət işinə digər zərərçəkən, hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru işləyən Elnur Azadxanovun şikayəti də əlavə olunub.

    2024-cü il avqustun 4-də Əfqan Sadıqov Azərbaycanın Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanda həbs edilib. Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun həbsi və Azərbaycana ekstradisiyası ilə bağlı qərar qəbul edib.

    Əfqan Sadıqov 2025-ci ilin aprelində azadlığa buraxılıb. 2026-ci il aprelin 1-də Azərbaycan Baş Prokurorluğu Əfqan Sadıqov barəsində qaldırılan cinayət işinə xitam verib. Aprelin 3-də Tbilisi Şəhər Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun xitam qərarını əsas gətirərək Əfqan Sadıqovun Gürcüstanı tərk etməsinə qoyulan qadağanı ləğv edib. 2026-cı ilin aprelin 4-də Azərbaycana deportasiya edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ