Sizin reklam burada
Sizin reklam burada
  • Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

    Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Hadisə Yeni Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.

    İlkin məlumata görə, eyni istiqamətdə hərəkətdə olan iki kiçik tutumlu yük avtomobili toqquşub. Belə ki, arxadan gələn yük avtomobili qarşıda hərəkət edən digər yük avtomobilinə çırpılıb.

    Qəza nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ