Sizin reklam burada
Sizin reklam burada
  • "Lotu Quli"nin müttəfiqinin döydüyü "qanuni oğru" Polşada tutuldu

    "Lotu Quli"nin müttəfiqinin döydüyü "qanuni oğru" Polşada tutuldu Polşada saxlanılan rusiyalı “qanuni oğru”nun kimliyi bilinib.

    Daxili işlər və administrasiya naziri Marsin Kiervinskinin sözlərinə görə, Mərkəzi İstintaq Polisi Bürosu, Daxili Təhlükəsizlik Agentliyi və Sərhəd Mühafizə Xidmətinin əməkdaşları birgə əməliyyat keçiriblər. Əməliyyat zamanı Polşada mütəşəkkil cinayətkarlıqla əlaqədə olduğu ehtimal edilən Rusiya vətəndaşı saxlanılıb.

    “O, deportasiya proseduru başa çatana qədər xarici vətəndaşlar üçün nəzərdə tutulmuş mühafizə olunan mərkəzdə saxlanılır”, — deyə qurum rəhbəri X sosial şəbəkəsində yazıb.

    Məlumata görə, söhbət aprelin sonunda saxlanılan “Mamulo” ləqəbli “qanui oğru” 79 yaşlı Vladimir Cibladzedən gedir. Bildirilir ki, onun barəsində əvvəllər İnterpol tərəfindən “yaşıl bildiriş” yayılıb. Bu bildiriş cinayət fəaliyyəti ilə əlaqəli və potensial təhlükə yarada biləcək şəxslərlə bağlı iştirakçı ölkələri xəbərdar etmək üçün istifadə olunur.

    Qeyd edək ki, bir neçə il əvvəl Gürcüstanın ən nüfuzlu “qanuni oğru”su “Taro” ləqəbli Tariel Oniani Polşada “Mamulo”nu döyüb. Oniani özü də mərhum azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ilə müttəfiq olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ