Bu barədə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərə deyib.
Onun sözlərinə görə, Qaradağ rayonu ərazisində anbarda yanğın baş verməsi ilə bağlı məlumat FHN-in "112" qaynar xəttinə məlumat daxil olub:
"FHN-in qüvvələri məlumatla əlaqədər əraziyə cəlb olunub. Yanğının anbar ərazisində baş verməsi, hava şəraitinin küləkli olması mükəbbələşdirib. Hazırda yanğın söndürülməsi işləri davam etdirilir. Yanğına bitişik olan digər anbarlar yanğından mühafizə olunub".
