Hadisə günorta saatlarında İmişli şəhərinə gedən avtomobil yolunun Çahar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. “Mercedes” yoldan çıxaraq aşıb.
Xəstəxanadan yaralılara bədənin müxtəlif nahiyələrinin travması, sağ bazu sümüyünün aşağı üçdəbirinin yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişən sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.Hadisə zamanı xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
