Sizin reklam burada
Sizin reklam burada
  • Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb

    Balakəndə bıçaqlanma hadisəsi olub.

    Hadisə şəhər ərazisində yerləşən mağazaların birində qeydə alınıb. Belə ki, 30 yaşlı Nicat Qocayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 30 yaşlı Nürəddin Dadayevə kəsici alətlə xəsarət yetirib. N.Dadayev xəstəxanaya yerləşdirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ