Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 20, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
