Sizin reklam burada
Sizin reklam burada
  • Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

    Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Teymur Həmidov saxlanılıb. Tibbi müayinə zamanı sürücünün narkotik vasitə marixuana istifadə etdiyi məlum olub.

    T.Həmidov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs olunub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ