Sizin reklam burada
Sizin reklam burada
  • Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

    Martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın aldığı xəsarətlərdən ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

    Rayon Prokurorluğundan bildirilib ki, ilkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ