Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanda genişmiqyaslı əməliyyat: axtarılan şəxslər bir-bir tutuldu

    Martın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayət açılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

    Məlumata görə, ötən gün axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bundan başqa, narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

    ⁠Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ