Sizin reklam burada
Sizin reklam burada
  • İsmayıllıda yol qəzası: 35 yaşlı sürücü həyatını itirdi

    İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

    Hadisə gecə saatlarında Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

    Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində sürücü, 35 yaşlı Ayaz Mirzəyev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ