Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda restoranda kütləvi dava: aktrisanın tanışını döydülər

    Martın 18-i axşam saatlarında paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən restoranda insident baş verib.

    Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1985-ci il təvəllüdlü E.Kazımov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.

    Hazırda istintaq hərəkətləri davam etdirilir.

    Qeyd edək ki, hadisə ilə bağlı məlumatı aktrisa Üzel Kərimova öz sosial şəbəkə hesabında paylaşıb. O, paylaşdığı videoda deyib ki, restoranda bir qrup şəxs Ü.Kərimovanın rəfiqəsinin ərinə hücum edərək ona xəsarətlər yetirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ