Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

    Fevralın 21-də paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Baş Prokuroluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilir ki, ilkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ