Baş Prokurorluq: “MediHall Hospital'”da 1 nəfərin ölməsi faktı ilə bağlı araşdırma aparılır
Hadisə
16-02-2026, 12:03
59
Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluq mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq məlumat yayıb.
Bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.