Sizin reklam burada
Sizin reklam burada
  • Tovuzda avtobusla minik avtomobili toqquşub, xəsarət alan var

    Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

    “Mercedes” markalı avtobus VAZ-2106 markalı avtomobili ilə toqquşub. Hadisə nəticəsində VAZ-ın sürücüsü xəsarət alaraq Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Avtobusun sərnişinləri arasında xəsarət alan yoxdur. Sərnişinlər digər avtobus vasitəsilə yollarına davam ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ