Sizin reklam burada
Sizin reklam burada
  • Qubada müəllim dəm qazından boğulub

    Qubada fiziki tərbiyə müəllimi Atayev Vüqar Qədiraga oğlu dəm qazından zəhərlənərək ölüb.

    Hadisə dekabrın 15-i gecə saatlarında rayonun Dağlı kəndində qeydə alınıb.

    41 yaşlı V.Atayev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənmə nəticəsində həyatını itirib.

    Mərhum Dağlı kənd tam orta məktəbində və Quba şəhər Texniki Təmayüllü Liseydə fiziki tərbiyə fənnini tədris edirdi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ