Sizin reklam burada
Sizin reklam burada
  • Xaçmazda avtomobil qaz xəttini zədələyib, 27 kənd mavi yanacaqsız qalıb

    Xaçmazın Qusarçay kəndi istiqamətində istismarda olan qaz xətti naməlum avtomobil tərəfindən vurularaq qırılıb.

    Qəza ilə əlaqədar rayonun 27 kəndində 6500-dən çox abonentə qazın verilməsi dayandırılıb.

    Xaçmaz Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, ortatəzyiqli yeratı polietilen qaz xəttindən ayrılan 159 mm-lik qaz xətti hazırda təmir olunur. Günün ikinci yarısında kəndlərə təbii qazın verilməsi nəzərdə tutulub.

    Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ