Rayon sakini İslam İsbəndiyarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyada, 59 yaşlı Elmira Əhmədovanı vurub. Qəza nəticəsində qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
