Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.
Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən zəruri tədbirlər görülür.
