Sizin reklam burada
Sizin reklam burada
  • Babək rayonunda tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanılıb

    Babək Rayon Polis İdarəsinə rayon ərazisində inşası davam edən məktəb binasının həyətindən elektrik naqillərinin oğurlanması ilə bağlı məlumat daxil olub.

    Keçirilən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı Natiq Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun məktəbin həyətindən müxtəlif ölçülü elektrik naqillərini oğurlayaraq şəxsi məqsədləri üçün satmaq niyyəti ilə aparması müəyyən olunub.

    Hazırda faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ