Sizin reklam burada
Sizin reklam burada
  • Şuşada külli miqdarda silah-sursat aşkarlanıb – BİRGƏ MƏLUMAT

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin birgə məlumatında bildirilib.

    “Göstərilən istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - deyə məlumatda vurğulanıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ