Sizin reklam burada
Sizin reklam burada
  • Tovuzda avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb

    Tovuz rayonunun Qovlar şəhəri ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Hərəkətdə olan “Nissan” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobil deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər. Xilasedicilər tərəfindən deformasiyaya uğrayan “Nissan”ın sürücüsü avtomobildən çıxarılıb. Xəsarət alan sürücü təcili tibbi yarım avtomobili ilə xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan Note” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü İbrahimova Əfsanə Məhəmməd qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ