Sizin reklam burada
Sizin reklam burada
  • Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

    Lənkəran rayonunun Haftoni qəsəbəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Nazim Babayev tərəfindən törədildiyi məlum olub.

    Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.

    Nazim Babayev barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ