Sizin reklam burada
Sizin reklam burada
  • Suraxanıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

    Avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, ilkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Məlumatda qeyd edilib ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ