Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, ilkin araşdırmalarla 1993-cü il təvəllüdlü Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Rəhim Qasımov iş üzrə şübhəli şəxs qismində tutulub.
