Sizin reklam burada
Sizin reklam burada
  • Şəkidə yol qəzası olub, ölən və xəsarət alanlar var

    Şəkidə ağır yol-nəqliyyat hadisəsi olub.

    Hadisə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda qeydə alınıb. Hadisədə “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü, 63 yaşlı Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ