Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, S. R. Mirzoyev cari il mart ayında Azərbaycanda müəyyən olunaraq saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabrın tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanına təhvil verilib.
