Sizin reklam burada
Sizin reklam burada
  • Doqquz kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

    Mayın 26-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin, 2,3 kiloqramdan çox marixuana, 5,2 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 692 ədəd psixotrop tərkibli həb və 4000 ədəd çətənə kolu olub.

    “Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”,- deyə məlumatda bildirilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ