Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə B.Məlikovun və Ş.Həsənovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar 15 gün inzibati qaydada həbs olunub. Bununla yanaşı, N.Şirinov da 15 gün inzibati qaydada həbs edilib, E.Xozin isə cərimə olunub.
