Sizin reklam burada
Sizin reklam burada
  • Xaçmazda iki minik avtomobili toqquşub, yaralananlar var

    Mayın 6-da səhər saatlarında Xaçmaz şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Şəhərin M.Rəsulzadə və Atatürk küçələrinin kəsişməsində “VAZ 21015” və “KİA” markalı minik avtomobilləri toqquşub.

    Hadisə zamanı avtomobillərdə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ