Sizin reklam burada
Sizin reklam burada
  • Ötən iki gündə 46 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 15-də və 16-da ümumi çəkisi 46,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,1 kiloqramdan artıq heroin, 38,3 kiloqrama yaxın marixuana, 1,2 kiloqram tiryək, 1,1 kiloqramdan çox metamfetamin, həmçinin 478 ədəd metadon həbi olub.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ