Sizin reklam burada
Sizin reklam burada
  • Çindən Bakıya gətirilən avtomobillər yandı

    Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.

    FHN-dən verilən məlumata görə, “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.

    Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

    Qeyd edək ki, yanan avtomobillər Çindən gətirilirmiş. 

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ