Sizin reklam burada
Sizin reklam burada
  • Ötən gün 20 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 24-də ümumi çəkisi 20 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 16 kiloqrama yaxın marixuana, 2,6 kiloqramdan artıq tiryək, 1 kiloqramdan çox həşiş qətranı, 420 qram heroin, həmçinin 97 ədəd psixotrop tərkibli həb olub.
    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ