Sizin reklam burada
Sizin reklam burada
  • Hədə-qorxu gələrək 100 min dollar tələb etdilər - TUTULDULAR

    Polis hədə-qorxu gələrək pul tələb edənləri tutub.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 31 yaşlı Gəncə şəhər sakini iki nəfərin ona hədə-qorxu gələrək 100 000 dollar tələb etməsi barədə polisə müraciət edib.
    Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 47 yaşlı H.Həsənov və 42 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.
    Araşdırmalarla H.Həsənovun üzərinə keçirilən baxış zamanı ondan tramadol həbi və marixuana aşkar olunaraq götürülüb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ