Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, həmin şəxslərə məxsus 5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onlar əvvəlcədən əlbir olaraq narkotiki İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər və Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
