Sizin reklam burada
Sizin reklam burada
  • Sumqayıtda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

    Yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
    Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1989-cu il təvəllüdlü Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.
    İbtidai istintaq davam edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ