Sizin reklam burada
Sizin reklam burada
  • Cəlilabadda otlaq sahəsində silah-sursat aşkarlanıb

    Cəlilabad rayonunun Günəşli kəndi ərazisindəki otlaq sahəsində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat, həmin silaha aid patron darağı və 29 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
    Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
    Bu istiqamətdə tədbirlər davam etdirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ