Sizin reklam burada
Sizin reklam burada
  • Sumqayıtda kollecin yataqxanası yanır, sakinlər TƏXLİYƏ EDİLİB

    Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verilir ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.
    FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
    xxx
    23:38
    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
    FHN-dən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt
    Regional Mərkəzinin qüvvələri cəlb olunub.
    Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ