Sizin reklam burada
Sizin reklam burada
  • İmtahanlardan kəsilən tələbə özünü öldürdü

    Azərbaycanda tələbə intihar edib.
    Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi Raqib Rafiq oğlu Qədimov özünü asıb.
    Tələbə yoldaşlarının bildirdiyinə görə, R.Qədimovun universitetdə davamiyyətlə bağlı problemi olub və o, 8 fənn üzrə qaib limitinə düşdüyü üçün imtahana buraxılmayıb.
    İntiharın ilkin ehtimalı kimi bu iddia səsləndirilsə də, məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.
    Qobustan rayonunun Sündü kənd sakini olan tələbənin həyatına qəsd etməsi ilə bağlı araşdırma aparılır. ("Qafqazinfo")


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ