Atributinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən evdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. FHN-dən verilən məlumata görə, yanğının mürəkkəbliyinə, o cümlədən ərazidə bitişik evlərin yerləşməsi səbəbindən yayılma riskinin yüksək olmasına baxmayaraq, hadisəyə operativ reaksiya və yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.